“Bütün ölkəni sərt karantində saxlamaq ən arzuolunmaz ssenaridir”

Röya Vahabova 20/07/2020

“Daimi olaraq başqa ölkələrin təcrübəsini öyrənirik. Əgər istəmiriksə epidemiya sürətlə yayılsın, bu zaman biz yoluxan insanı mümkün qədər tez müəyyən etməliyik”.

“Xəbərburo" bildirir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının iqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov brifinqdə deyib.

O qeyd edib ki, bunun üçün həmin adamların ətrafında olan insanları tez müəyyən edib təcrid etməliyik: “Bütün ölkəni sərt karantində saxlamaq ən arzuolunmaz ssenaridir. Elə etməliyik ki, bütün şəhərlər və ölkənin bağlanmasına getməyək. Buna görə də ölkələrin təcrübəsi öyrənilir və addımlar da atılacaq”.