Bülent Arınç və həyat yoldaşı koronavirusa yoluxub

Leyla Aliyeva 10/09/2020

Türkiyə Prezidentinin keçmiş köməkçisi, hazırda Türkiyə Prezidenti yanında Rəyasət Heyətinin Ali Məşvərət Şurasının üzvü Bülent Arınç və həyat yoldaşı koronavirusa yoluxub.

“XəbərBuro” bildirir ki, bu barədə siyasətçi öz tvitter hesabında məlumat verib.

“Bu gün xəstəxana şəraitində koronavirus şübhəsi ilə aparılan müayinələrimiz nəticəsində test nəticələrimizin müsbət olduğunu öyrəndik. İndi səhhətimiz yaxşıdır. Bu mərhələdə müalicəmiz evdə, həkim nəzarəti altında davam edəcək”,- deyə Arınç qeyd edib.

Xatırladaq ki, sentyabrın 3-də Türkiyənin sabiq Baş Naziri Binəli Yıldırım və həyat yoldaşı Semiha Yıldırımın da koronavirusa yoluxduğu məlum olmuşdu.