Bülbüloğlu və Rudenko sərhəddə olan vəziyyəti müzakirə edib

Məmmədzadə Zərintac 16/07/2020

Rusiya Xarici İşlər nazirinin müavini Andrey Rudenko Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu ilə Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti və ikitərəfli münasibətləri müzakirə ediblər. "Xəbərburo" xəbər verir ki,  bu haqda Rusiya XİN-in məlumatında bildirilir.

Görüş 16-da iyulda  təşkil olunub.

“Azərbaycan-Ermənistan sərhədində cari vəziyyət də daxil olmaqla, ikitərəfli münasibətlərin və regional təhlükəsizliyin aktual məsələləri müzakirə olunub”, - nazirlikdə qeyd ediblər.

Vurğulanır ki, tərəflər yeni növ koronavirusun və onun nəticələrinə qarşı mübarizə problematikası üzrə sıx qarşılıqlı fəaliyyətin davam etdirilməsi, həmçinin iki ölkə vətəndaşlarının vətənə qayıtmasına yardım etmək üçün qarşılıqlı münasibətləri təsdiqləyiblər.

Rudenko və Bülbüloğlu müxtəlif sahələrdə postkoronavirus dövrü üzrə əməkdaşlıq planlarını da nəzərdən keçiriblər.