Buffon yeni rekorda imza atdı

Zülfüqar Zulfuqarli 05/07/2020


İtaliya A Seriyasının 30-cu turunda “Yuventus”un qapıçısı Canluici Buffon rekorda imza atıb. 

Belə ki, Buffon “Torino” – “Yuventus” matçına çıxmaqla ölkə çempionatındakı oyun sayını 648-ə çatdırıb. Bununla da o, Buffon “Milan”nın sabiq müdafiəçisi Paulo Maldinini geridə qoyub. 

Xatırladaq ki, “Yuventus” ötən həftə Buffonla daha bir illik müqavilə imzalayıb