"Buçadakı qətliamı Ukrayna törədib" deyənlərə - Zelenskidən cavab

Esed Abasli 11/04/2022

Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanın Buçadakı qətliama görə Ukraynanın məsuliyyət daşıması iddiaları ilə bağlı açıqlama verib.

 Zelenski baş verənlərin məsuliyyətini Rusiyanın Ukraynanın üzərinə qoyduğunu vurğulayıb:

"Biz torpağımıza gəlib insanlarımızı öldürən hər kəsi cəzalandırmağa çalışırıq. Biz işləyirik. Rusların dünya ilə əlaqəsi kəsilib və onlar bizim günahkar olduğumuzu iddia edirlər. Bütün dünya onların günahkar olduğunu bilir. Ruslar iddia edir ki, bu hücumu Ukrayna həyata keçirib. Lakin raketin onların işğal etdiyi yerdən atıldığı məlum olub”.

Zelenski həmçinin mübarizənin haqqın qələbəsi ilə nəticələnəcəyini bildirib:

"Ukrayna bütün hücumları dayandıracaq. Gün gələcək ki, ruslar həqiqəti qəbul etməli olacaqlar. Rusiya ordusu bizə hücum edə bilər, biz cavab verəcəyik və beynəlxalq arenadan silah almağa davam edəcəyik. Mən parlamentdəki bəyanatlarımı və digər ölkələrin vətəndaşları ilə danışıqlarımı davam etdirəcəyəm. Ədalət üçün daha çox sanksiyalar olacaq. Biz rus hərbi hərbi cinayətkarlarının necə mühakimə olunacağından, Rusiyaya qarşı sanksiyaları necə artıra biləcəyimizdən danışdıq. Həqiqət qalib gələcək, Ukrayna qalib gələcək”.