Bu yolda üç gün təmir aparılacaq
15/12/2021

Bakı şəhəri, 8 Noyabr prospektində üç gün təmir işləri aparılacaq.
“XəbərBüro” xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb. Bildirilib ki, təmir işləri 16-18 dekabr tarixlərində (3 gün) aparılacaq.
Sürücülərdən qeyd olunan vaxt çərçivəsində sözügedən ərazidə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.