Bu tarixlərdə heç bir ictimai nəqliyyat işləməyəcək

Məmmədzadə Zərintac 19/07/2020

Məlum olduğu kimi, Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Siyəzən və Şəki rayonlarında isə mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq 2020-ci il 5 avqust saat  06:00-dək sərtləşdirilmiş xüsusi karantin rejimi davam edəcək. 

"Xəbərburo" xəbər verir ki, habelə xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlarda aşağıdakı tarixlərdə həftəsonları bütün ictimai nəqliyyatın hərəkəti dayandırılacaq:

25 iyul saat 00:00-dan 27 iyul saat 06:00-dək;

1 avqust saat 00:00-dan 3 avqust saat 06:00-dək.

 Bakı metrosunun fəaliyyəti 4 iyul saat 00:00-dan 5 iyul saat 06:00-dək dayandırılıb.