Bu tarixdə avtobuslar işləməyəcək

Svetlana Mirzəyeva 24/07/2020

Xüsusi karantin rejimi qaydalarına uyğun olaraq iyulun 25-i gecə 00:00-dan 27 iyul səhər saat 06:00-dək müntəzəm və ekspres xətlər üzrə avtobusların fəaliyyəti dayandırılacaq.

Bu barədə Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Məlumatda həmçinin qeyd olunur ki, bu gün müntəzəm və ekspres xətlər üzrə avtobuslar adi rejimdə fəaliyyət göstərəcəkdir. Bazar ertəsi yenidən vətəndaşlara xidmət üçün qarşıdakı iki gün ərzində hazırlıq işləri görüləcək.