Bu şəxslər evdə də maska taxmalıdır - Dosentdən VACİB AÇIQLAMA

Nadir Hüseynov 25/06/2020

Koronavirusa yoluxmanı azaltmaq üçün maska və sosial məsafə qaydaları sərtləşdirilir. Artıq ictimai nəqliyyatda maskasız sərnişinlər olarsa avtobuslar hərəkət etməyəcək. Ölkə prezidenti də ötən gün Gəncədə çıxışı zamanı əhalini məsuliyyətli olmağa, maska və gigiyenik qaydalara əməl etməyə, sosial məsafəyə riayət etməyə çağırıb.


Maskanın və digər vasitələrin virusun yayılmasındakı rolu, yolxuma riskini azaltması nə qədərdir?


"Xəbərburo" bildirir ki, Bununla bağlı Sonxebər. az-a Azərbaycan Tibb Universiteti I cərrahi xəstəliklər kafedrasının, eləcə də Transplantalogiya şöbəsinin dosenti, cərrah Ədalət Rüstəm danışıb:


"Maska 24 saat rejimində taxılmamalıdır. Maskanın nə zaman taxılmasında göstəriş və əsaslar var. Maska qapalı məkanlarda, avtobuslarda, metroda istifadə edilməlidir. Qarşınızda insan varsa, maska mütləq taxılmalıdır. Əgər gəzinti yerlərində olduğunuz zaman qarşınızda insan yoxdursa, maska taxmağa ehtiyac yoxdur, kimsə sizə yaxınlaşırsa, maskanı taxmalısınız. Maskanın taxılmasına görə virusa yoluxma ehtimalı barədə Dünya Səhiyyə Təşkilatı məlumat verib. Əgər biri maska taxır, qarşısındakı insan isə maska taxmırsa, maska taxmayan adamın yoluxma ehtimalı 50 faizdir. Hər iki şəxs maskadan istifadə edirsə, bir-birilərini yoluxdurma ehtimalı 10 faizə qədərdir. Bəzi məlumatlara görə hətta 1 və ya 1,5 faizdir. Maskanın taxılması zəruri olduğuna görə artıq 4 aydır ki, biz bundan danışırıq".


Ədalət Rustəm evdə maska taxılması məsələsinə də aydınlıq gətirib:


" Əgər mənzilin otaqlarında gündə iki dəfə, ən azı 15-20 dəqiqə müddətində havalandırma aparmaq mümkundürsə, o zaman maska taxmağa ehtiyac yoxdur. Evin havalandırılması mümkün deyilsə, xüsusən zirzəmi tipli, qapalı evlərdə hansi ki evin bir tərəfində pəncərə var, digər tərəfində yoxdur, bu zaman evdə maska taxılmalıdır. Qapalı məkanların hamısında gün ərzində 2, 3 dəfə təbii havalandırma və dezinfeksiya işləri aparılmalıdır. Əgər belə məkanlarda insan sayı azdırsa və sosial məsafə gözləmək mümkundürsə, maska taxılmaya bilər. Digər bütün hallarda qeyd etdiyim kimi maska taxılmalıdır".