Bu ölkədə Ukraynadan gələn qaçqınlara xüsusi status veriləcək

Esed Abasli 24/03/2022

İsveçrə hökuməti ölkəsini tərk edərək, onlara sığınan ukraynalılara xüsusi status verəcək.
 
XəbərBüro Axar.az-a istinadən xəbər verir ki, Ukraynadan indiyədək 11 mindən çox müharibə qurbanının İsveçrəyə sığınacaq üçün müraciət etdiyi və federal hökumətin qısa müddətdə daha 60 minə yaxın qaçqını qəbul edə biləcəyi bildirilib.
 
Qeyd olunur ki, bu ilin sonuna qədər Ukraynadan sığınacaq üçün müraciətlərin sayı 300 minə çata bilər və federal hökumət kanton idarələrinə daha çox sığınacaq üçün müraciətlərə hazırlaşmağı tapşırıb.
 
Nazirlər Şurasının martın 11-də keçirilən iclasında Ukraynadakı müharibədən qaçaraq ölkəyə sığınanlara "S statusu" adlı xüsusi yaşayış icazəsinin verilməsi ilə bağlı qərarın təsdiq edildiyi bildirilir.
 
Xüsusi statusun müharibə səbəbindən ölkəsini tərk etmiş Ukrayna vətəndaşlarına, habelə Ukraynada yaşamaq icazəsi olan və müharibədən qaçmış xarici ölkə vətəndaşlarına veriləcəyi vurğulanıb.