Bu ölkədə qəbul imtahanları stadionlarda keçiriləcək

Röya Vahabova 06/08/2020

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev bu il kronavirusun yayılması səbəbindən ali məktəblərə qəbul imtahanlarının stadionlarda keçirilməsi ilə bağlı aidiyyəti qurumlara tapşırıq verib. “Xəbərburo” “RİA Novosti”yə istinadən bildirir ki, bu barədə dövlət başçısının Mətbuat Xidməti məlumat yayıb.

Mətbuat Xidmətinin məlumatına görə, avqustun 6-da 2020-2021-ci tədris ilində ölkənin ali məktəblərində qəbul və hazırlığın təşkili məsələləri ilə bağlı müşavirə keçirilib.

“Daşkəndin və regionların mərkəzi stadionlarında test sınaqlarının təşkili tapşırılıb”, - deyə müşavirənin yekunlarına dair məlumatda bildirilir.

Məsul nazirliklər və idarələr qarşısında test sınaqlarının keçirilməsi üçün idman arenalarının diqqətlə hazırlanması, onların dislokasiyası barədə abituriyentlərin məlumatlandırılması vəzifəsi qoyulub.