Bu ölkə Kabildən təxliyyəni tamamladı.

Aynur 29/08/2021

Böyük Britaniya hökuməti Kabil Hava Limanından son uçuşu həyata keçirərək Əfqanıstandan təxliyəni sona çatdırıb.


“XəbərBüro” xəbər verir ki, bu barədə müdafiə naziri Ben Volls şəxsi tvitter səhifəsində paylaşım edib.


“Kral Hərbi Hava Qüvvələrinin son təyyarəsi Kabil Hava Limanından ayrılaraq təxliyəyə son qoyub. 14 gündə 165-dən çox uçuş edərək 15 mindən çox insanı təxliyə etdik”, - o yazıb.


Krallığın Kabildəki səfirliyi Əfqanıstanda diplomatik nümayəndəliyi bərpa olunana qədər müvəqqəti olaraq Qətərə köçürüləcək.