Bu İcra Hakimiyyətində də əməliyyat keçirilib

Röya Vahabova 29/07/2020

Zərdab Rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri Əhmədov Sahid Abuseyid oğlu saxlanılıb.

“Xəbərburo”nun Avropa.info-ya istinadən məlumatına görə, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən ötən axşam saxlanılan S.Əhmədovun ifadəsi alınaraq sərbəst buraxılıb. 

Zərdab Rayon İcra Hakimiyyətindən Unikal.org-a bildirilib ki, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində eyni zamanda İcra Hakimiyyəti Başçısının Yarməmmədbağı kənd inzibati ərazi dairəsi üzrə keçmiş nümayəndəsi Rahim Xəlilov, həmin kəndin hazırkı Bələdiyyə sədri Sahib Xəlilov da saxlanılıblar. 

Qeyd edək ki, Zərdab rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalovdur.