Bu gündən metro bağlandı
03/07/2020

Sərtləşdirilmiş karantin rejimi ilə əlaqədar bu gündən 20 iyul saat 06:00-dək Bakı metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılır.
"Xəbərburo" "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə Nazirlər Kabineti Yanında Operativ Qərargah qərar qəbul edib.
Qeyd edək ki, ictimai nəqliyyatın hərəkəti qadağan olduğu həftəsonları taksi fəaliyyətinə icazə veriləcək.