Bu gündən istifadəyə verilən çimərliklər

Svetlana Mirzəyeva 05/08/2020

Bu gündən çimərliklərin fəaliyyətinə icazə verilib.

"XəbərBuro"-nun məlumatına görə, cimerlik.az portalı da fəaliyyətə başlayıb. Poratala daxil olan çimərliklər vətəndaşların istifadəsinə hazırdır.

Qeyd edək ki, çimərliklər saat 09.00-20.00-a qədər fəaliyyət göstərəcək. Çimərliklərdə ictimai iaşə obyektlərinin yerində xidmət göstərməsi qadağandır. Onlayn formada isə sifarişlər vermək mümkündür.

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bildirib ki, Bakı və Sumqayıtda eyni anda 100 minə yaxın şəxsin çimərlikdə istirahət etmək imkanı var. "cimerlik.az" portalı vasitəsilə çimərliklərin doluluq səviyyəsini görmək mümkündür.