Bu gündən etibarən, gözəllik salonları açıldı

Məmmədzadə Zərintac 19/07/2020

Xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlarda bu gündən etibarən, masaj və hamam xidməti istisna olmaqla, bərbərxana, gözəllik salonlarının fəaliyyətinə və kosmetik xidmətlərin göstərilməsinə icazə verilir. 

"Xəbərburo" xəbər verir ki, bu haqda  Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat gəlib.

Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Siyəzən və Şəki rayonlarında isə mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq 2020-ci il 5 avqust saat  06:00-dək sərtləşdirilmiş xüsusi karantin rejimi davam edəcək.