Bu gün "Səbail" və "Keşlə" üz-üzə gələcək
Məmmədzadə Zərintac 03/08/2020

Təlim-məşq toplanışı Qəbələdə yerinə yetirilən klublarımız yoxlama görüşlərini davam etdirir.
“XəbərBuro” xəbər verir ki, şimal bölgəsində toplanışda olan “Səbail” və “Keşlə” bu gün üz-üzə gələcək.
Qarşılaşma saat 19:00-da başlayacaq.
Bundan əvvəl iki oyun keçirmiş “Keşlə” “Qarabağ”a uduzsa da (1:3), “Zirə”yə 1:0 hesabı ilə qələbə qazanıb.
“Səbail” isə ikinci yoxlama görüşünə çıxacaq. Paytaxt təmsilçisi buna kimi “Qəbələ”ni (2:1) məğlub edib.