Bu gün qəzada vəfat edən polkovnik

Röya Vahabova 20/07/2020

"Xəbərburo" bildirir ki, bu gün Dövlət Sərhəd Xidmətinin hərbi hissəsinin qərargah rəisi Şahin Mirzəyev Xınalıq kəndi yaxınlığındakı sərhəd zastavasına xidməti tapşırığın icrası ilə əlaqədar hərəkət zamanı qəza nəticəsində vəfat edib.

1976-cı il təvəllüdlü Şahin Mirzəyev İbrahim oğlu Cəlilabad rayonunun Göytəpə şəhərindən imiş. Ailəli olan mərhumun 3 övladı var. 

Qeyd edək ki, qəza nəticəsində digər hərbi qulluqçular da müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Hərbçilərə ilkin tibbi yardım göstərilib və onların təcili tibbi təxliyyəsi təşkil olunub.