Bu gün Odessadan 50-dən çox azərbaycanlı təxliyə edildi

Esed Abasli 07/03/2022

“Son 12 gün ərzində Ukraynanın Odessa şəhərindən 500-dən çox azərbaycanlı təxliyə edilib”.

Bunu Oxu.Az-a açıqlamasında Odessa Azərbaycanlılarının Diasporu “Birlik” İctimai Təşkilatının sədri Rövşən Quliyev məlumat verib. 

Onun sözlərinə görə, Odessa Azərbaycanlılarının Diasporu “Birlik” İctimai Təşkilatı Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin birgə fəaliyyəti nəticəsində dünən daha 60-a yaxın şəxs təxliyə edilib:

“Bu gün də 50 nəfər Moldova sərhədinə yola salındı. Soydaşlarımız mikroavtobuslarla təxliyə edildi. Müharibənin ilk günündən bizə ünvanlanan müraciətlərin hər birini təmin etməyə çalışmışıq.

Moldova sərhədi 68 km uzaqlıqdadır. Öz maşınları ilə gedənlərə istiqamət verilir, digərlərləri isə 50 nəfər yığıldıqca mikroavtobuslarla təxliyə edilir. Əvvəlki günlərlə müqayisədə təxliyə üçün müraciət edən soydaşlarımızın sayında azalma müşahidə edilir”.