Bu gecə şəhid düşmüş baş leytenant
Məmmədzadə Zərintac 13/07/2020

Bildiyimiz kimi, keçən gecə Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində gərginlik davam edib.
“Xəbərburo” xəbər verir ki, döyüşdə Azərbaycan Ordusunun hərbi qulluqçusu baş leytenant Mahmudov Rəşad Rəşid oğlu şəhid olub.
Sosial şəbəkələrdə baş leytenantın fotosu yayılıb. Qeyd olunur ki, şəhid baş leytenant Biləsuvar rayonu Aşağı Cürəli kəndində dünyaya gəlib.