Bu ərazilərə giriş-çıxış dayandırılır

Leyla Aliyeva 13/10/2020

Nazirlər  Kabineti “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” qərarında dəyişiklik edib.

"XəbərBuro" bildirir ki, Nazirlər Kabinetindən verilən məlumata görə, qərara əsasən, xüsusi karantin rejimi dövründə operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin, habelə yükdaşıyan avtomobillərin hərəkəti istisna olmaqla, Sabirabad şəhərinə, Sabirabad rayonunun Cavad, Türkədi, Qalağayın və Kürkəndi kəndlərinə, Şəki şəhərinə və Kiş kəndinə giriş-çıxış dayandırılır.

Bu Qərar 2020-ci il 14 oktyabr saat 00:00-dan qüvvəyə minir.

Qeyd edək ki, Azərbaycanda 2 noyabr saat 06:00-dək xüsusi karantin rejimi tətbiq olunub.