Bu dəfə ən çox yoluxma Binəqədidə olub

Röya Vahabova 23/06/2020

Azərbaycanda koronavirus pandemiyasının yayılması və aşkarlanması ilə bağlı son statistika açıqlanıb.

"Xəbərburo'' bildirir ki, “Qafqazinfo”nun koronavirusinfo.az saytına istinadən verdiyi xəbərə görə, TƏBİB iyunun 21-dək qeydə alınan rəqəmləri açıqlayıb.

Bunların içində paytaxtın rayonları üzrə yoluxma statistikası da var. Belə ki, Bakıda ən çox yoluxma son günlər Binəqədi rayonunda qeydə alınıb.

Burada yoluxma 12,3 faiz təşkil edir. Pandemiyanın ilk dönəmində xəstə sayına görə paytaxta liderlik edən Yasamal isə Xətai rayonu ilə eyni göstəriciyə malikdir. Hər iki rayon 12,2 faizlə Binəqədidən sonra qərarlaşıblar. Sabunçu 11.7, Nəsimi 10.9, Suraxanı 9.2, Nərimanov 8.8, Nəsimi 7.9, Qaradağ 6, Xəzər 4.3, Səbail 4.2, Pirallahıda 0,3 faiz yoluxma qeydə alınıb.

Qeyd edək ki, hazırda ölkə üzrə 5878 aktiv koronavirus xəstəsi var. Onların da 52 faizi Bakının payına düşür.