Britaniyada daha 30 min hinduşka məhv edilib

Həsənova Bənövşə 06/12/2020

Britaniyada daha 30 min hinduşka məhv edilib

İngiltərənin şərqindəki Norfolk qraflığının hinduşka fermalarında “quş qripi” aşkarlanıb.

"XəbırBüro" Report.az-a istinadən  xəbər verir ki, bu barədə “Sun” nəşri yazıb.

“Quş qripi”nə görə fermalarda olan 30 mindən çox hinduşka məhv edilib.

Ötən həftə isə Şimalı Yorkşirdə 10,5 min hinduşka məlum xəstəliyə görə məhv edilmişdi.

Qəzetin yazdığına görə, “quş qripi” nəticəsində hinduşkaların məhv edilməsi Yeni il ərəfəsində ərzaq mağazalarında bu quşların çatışmazlığına səbəb ola bilər.

Qeyd edək ki, hinduşka Milad süfrəsində ən populyar yeməklərdən biridir.