Britaniyada bir gündə 100 nəfər koronavirusdan ölüb

Məmmədzadə Zərintac 27/06/2020

Böyük Britaniyada koronavirusun yaratdığı xəstəlikdən ölənlərin sayı yenə artıb.

“Xəbərburo” xəbər verir ki, son 24 saat ərzində ölkədə 100 pasiyent dünyasını dəyişib, 890 nəfərin COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxıb.

Hazırkı dövrədək ölkədə ümumilikdə 310 250 nəfərin koronavirusa yoluxması faktı müəyyənləşib, onlardan 43 514 nəfər vəfat edib.