Braziliyada pandemiyadan 265 nəfər ölüb

Məmmədzadə Zərintac 13/08/2020

Braziliyada ötən sutkada yeni növ koronavirusa daha 10 284 nəfər yoluxub.

“XəbərBuro" xəbər verir ki, bu haqda ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Ölkədə koronavirusa yoluxanların sayı 3 180 758 nəfərə çatıb.


Ötən sutka virusdan 265 nəfər dünyasını dəyişib və ölənlərin ümumi sayı 104 528 nəfər təşkil edir.

Ölkədə COVİD-19-a yoluxanlardan 2 309 477 nəfər sağalıb.

Braziliya dünyada koronavirusa yoluxma hallarının sayına görə yalnız ABŞ-dan geri qalır.