Braziliya telekanalında Ermənistanın Azərbaycana qarşı təcavüzü və onun acı nəticələri barədə bəhs edilib

Medina Abdullayeva 21/09/2020

Sentyabrın 19-u Braziliyanın aparıcı Rebe TV telekanalında, “Por Brasilia” (Braziliya ətrafında) proqram çərçivəsində, səfir Elxan Poluxovun Azərbaycana həsr edilmiş müsahibəsi yayımlanıb.

Azərbaycanın Braziliyadakı Səfirliyindən "XəbərBuro"-a verilən məlumata görə, öz müsahibəsində E.Poluxov Braziliya ilə Azərbaycan arasında əlaqələrin qurulması tarixi, ölkələr arasında ikitərəfli və çoxtərəfli sahədə əməkdaşlıq və onun perspektivləri, inkişaf etdirilməsi tələb edən iqtisadi əlaqələrin potensialından danışdı.

Həmçinin müsahibədə Ermənistanın Azərbaycana qarşı təcavüzü və onun acı nəticələri, son zamanlar bu ölkənin aqressiv ritorikası və beynəlxalq aləmin buna reaksiya verməməsi məsələlərinə də toxununlub.

Müsahibədə səfir ölkəmizdə COVİD – 19 pandemiyası ilə aparılan mübarizə və bunun müsbət nəticələri, ölkə rəhbərliyinin bu məsələyə verdiyi xüsusi diqqət və Prezident İlham Əliyevin beynəlxalq səviyyədə bu vuruş ilə mübarizə istiqamətində atdığı addımlar və qaldırdığı təşəbbüslər və onlara xaricdə verilən geniş dəstək haqqinda danışdı.

Qeyd olunasıdır ki bu müsahibə, ölkəmizə həsr edilmiş Rebe TV telekanalında “Azərbaycan diqqət mərkəzində” adlı silsilə proqramların ilk hissəsi olmuşdu. Bu proqram hər həftənin şənbə günləri efirə çıxır və bazar günü təkrarlanaraq həmçinin sosial şəbəkələr vasitəsi ilə də yayımlanır.