Böyük Britaniyanın şimal bölgələrində təzədən karantin bərpa olunur

Məmmədzadə Zərintac 17/09/2020

Böyük Britaniyanın şimal bölgəsində pandemiyaya yoluxma halında yaranan artıma görə yenidən məhdudiyyətlər tətbiq ediləcək.

“XəbərBuro" xəbər verir ki, bu haqda ölkənin Səhiyyə naziri Matt Hankok parlamentdəki çıxışında söyləyib. Şimalda yoluxma sayında ciddi artım qeydə alındığını bildirən nazir karantinin sabahdan sərtləşdiriləcəyini deyib.

Northumberland, Çimali və Cənubi Tyneside, Newcastle-upon-Tyne, Gateshead, Sunderland və Durhamda yenidən məhdudiyyətlər tətbiq olunacaq.  Bu bölgələrdə yaşayan insanlar ailə üzvlərindən başqa heç kimlə ünsiyyətdə olmayacaq, qida və içki sektoru masada müştəri qəbul etməyəcək, əyləncə məkanları saat 22:00-dan sonra bağlanacaq.