Böyük Britaniya Ukraynaya 100 milyon dollar göndərəcək

Esed Abasli 07/03/2022

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı Ukraynaya kömək üçün 100 milyon dollar ayıracaq.

Bu barədə Britaniya hökumətinin saytında yerləşdirilən məlumatda deyilir.

Qeyd olunur ki, məqsəd ölkədə maliyyə təzyiqini yumşaltmaqdır.

Bu vəsaitlər dövlət sektoru işçilərinin maaşlarının ödənilməsi, sosial müdafiə şəbəkəsinin dəstəklənməsi və pensiyaların ödənilməsi üçün istifadə oluna bilər.

Vəsait Dünya Bankı vasitəsilə təmin ediləcək.

Mənbə: UNİAN