BMT TŞ Kiprdəki sülhməramlıların mandatını uzadıb

Mükafat İsazadə 29/07/2022

BMT-nin Kiprdəki sülhməramlı missiyasının mandatı gələn ilin yanvarına qədər davam edəcək.

“XəbərBuro" xəbər verir ki, Təhlükəsizlik Şurası üzvləri mandatın iyulun 31-dən gələn il yanvarın 3-dək uzadılmasına qərar verib.

Şuranın hazırkı sədri, Braziliyanın BMT-dəki səfiri Ronaldo Kosta Filyo Böyük Britaniya tərəfindən hazırlanan qətnamə layihəsinin bütün üzvlərin təsdiqindən sonra yekdilliklə qəbul edildiyini bildirib.

Qeyd edək kli, BMT-nin Kiprdəki sülhməramlı qüvvələri 1964-cü ildə Təhlükəsizlik Şurasının qərarı ilə 796 hərbçi və 65 polis əməkdaşından ibarət qüvvə ilə yaradılıb.