BMT Təhlükəsizlik Şurasında iclas zamanı işıqlar söndü

Esed Abasli 09/12/2021

BMT Təhlükəsizlik Şurasında iclas keçirilərkən işıqlar sönüb.

Hadisə ABŞ-ın BMT-dəki daimi nümayəndəsinin müavini Riçard Millsin çıxışı zamanı baş verib.

Amerikalı diplomat Suriyada kimyəvi silahlardan istifadə barədə danışıb. Elə bu zaman işıqlar sönüb və dərhal da yenidən yanıb.

Mills çıxışını davam etdirib.

Mənbə: TASS