BMT Kiyevdəki əməkdaşlarını təhlükəsiz yerə köçürür

Mükafat İsazadə 25/02/2022

BMT Ukraynanın paytaxtı Kiyevdəki əməkdaşlarını təhlükəsiz yerə köçürür.


“XəbərBüro "xəbər verir ki, bu barədə BMT Baş katibinin humanitar məsələlər üzrə müavini Martin Qriffits keçirdiyi brifinqdə deyib. O, həmçinin qeyd edib ki, BMT Ukraynadakı mövcudluğunu genişləndirir.


“BMT mövcudluğumuzu genişləndirməyə sadiqdir, biz Ukraynada mövcudluğumuzu genişləndiririk”, - Qriffits bildirib.


Onun sözlərinə görə, BMT üzvlərini Ukrayna ərazisindən çıxarmaq planı yoxdur.


BMT baş katibinin humanitar məsələlər üzrə müavini mövcud vəziyyət fonunda Ukraynada yüz minlərlə məcburi köçkün olduğunu açıqlayıb.


“Məncə, yüz minlərlə ukraynalının hazırda Ukraynada və onun hüdudlarından kənarda hərəkətdə olduğunu söyləmək ədalətli olardı”, - Qriffits əlavə edib.