BMT Azərbaycan hökumətinin sahibkarlara dəstəyini alqışlayır

Məmmədzadə Zərintac 25/06/2020

“Biz hazırda COVID-19 pandemiyasının ölkədəki kiçik və orta biznesin inkişafına, fermerlərə, həssas qruplara, yəni məcburi köçkünlərə, bir sözlə, iqtisadiyyata təsirini qiymətləndirməyə çalışırıq”.

“Report”a əsasən "Xəbərburo" xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində vurğulayıb.

“Biz çalışırıq ki, hökumətin iqtisadiyyatın bərpası ilə bağlı atdığı addımlara dəstək olaq. Hazırda işlərini itirən kiçik biznes sahiblərinə hökumətin göstərdiyi dəstəyi alqışlayırıq. Eyni zamanda BMT olaraq düşünürük ki, COVID-19-un təsiri qısamüddətli olmayacaq. Ona görə də BMT bu məsələdə hər zaman dəstək olmağa çalışacaq”, - o deyib.