"Birlikdə Sən Ol"

Esed Abasli 01/11/2020

Sizləri "Education Hub"-ın təşkilatçılığı ilə Azərbaycanda yaşayan gənclər üçün həyata keçirilən "İnkişaf Zamanı" Proqramı çərçivəsində həyata keçirilən “Birlikdə Sən Ol” təşəbbüsünün 2 günlük gender əsaslı zorakılıq təlimlərinə qatılmağa dəvət edirik. YoungPress.az xəbər verir ki, "Birlikdə Sən Ol" təşəbbüsünün məqsədi uşaqları cəmiyyətdə baş verən gender əsaslı zorakılıq və kiçik yaşlardan başlayaraq ayrı-seçkilik, stereotip kimi mövzular barədə maarifləndirməkdən ibarətdir. Təşəbbüsün hədəf qrupu Bakı və Mingəçevir şəhərində yaşayan 20 nəfərdən ibarət 10-15 yaşlı uşaqlar nəzərdə tutulur. 7 və 8 noyabr 2020-ci il tarixlərində gender əsaslı zorakılığı əhatə edən təlimlər keçiriləcək, həmçinin gender əsaslı zorakılıq və stereotiplərin qarşısının alınması məqsədi ilə hazırlanan video-çarx nümayiş etdiriləcək. Təlimlərdə iştirak edəcək uşaqlar ilk gün mövzuya giriş olaraq komanda üzvləri Şəfa Əhmədova, Reyhan Əliyeva və Aynur Şirinli, ikinci gün isə Azərbaycan Gənclər Parlamentinin Baş Katibi, təlimçi Asiman Qocayev tərəfindən zorakılıq anlayışı, stereotiplər, stiqma və gender əsaslı zorakılıq barədə məlumatları əldə edəcəklər. Layihədə iştirak tam ödənişsizdir. Müraciətçilər arasından yalnız 20 nəfər seçiləcək. İştirakçılara sertifikat veriləcək. Qeydiyyat üçün müraciət linki aşağıda⤵️ (daha ətraflı) Son müraciət tarixi: 2 noyabr 2020 Təlim tarixləri: 7-8 noyabr 2020 ⏰ Saat: 13:00-15:00 ⏰ Görüş yeri : "Zoom" proqramı Layihə ilə bağlı hər hansı sualınız yaranarsa, bizimlə əlaqə saxlayın: Mobil: +994557147479 E-mail: [email protected]