Bir il əvvəl bu gün...
03/10/2021

Tərtər rayonunun Suqovuşan və Talış kəndlərinin erməni işğalından azad edilməsindən bir il ötür.
“XəbərBüro” xəbər verir ki, Azərbaycan Ordusu 3 oktyabr tarixində Tərtər rayonunun Talış və Madagiz kəndlərini tamamilə işğaldan azad edib.
Prezident İlham Əliyevin oktyabrın 3-də verdiyi qərara əsasən, Madagizin tarixi adı olan Suqovuşan adı bərpa edilib.