
Bir gündə 5 vaksin vurulub
07/03/2022

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 5 vaksin vurulub.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Bir gündə birinci və ikinci mərhələ üzrə vaksinasiya qeydə alınmayıb. 3 dəfə və daha çox vaksinasiya olunanların sayı 5 olub.
Pozitiv nəticədən sonra “buster” doza üzrə vaksinasiya da qeydə alınmayıb. Vurulan vaksinlərin ümumi sayı 13 159 756, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 308 772, ikinci mərhələ üzrə 4 795 324 nəfər təşkil edir.
Ümumilikdə 2 842 060 “buster” doza vurulub. Pozitiv nəticədən sonra “buster” doza üzrə vaksinasiya olunanların sayı 213 590 olub.
Related Articles











2022-02-12 12:37:17
Azərbaycanda vəkil və müstəntiqlər üçün yeni müayinə məntəqəsi yaradılıb











2021-12-11 13:12:04
Dövlət orqanlarının bütün əməkdaşlarına fevralın 1-dək vaxt verildi - QƏRAR

