Biləsuvarda piyadanı maşın vurub

Leyla Aliyeva 06/09/2020

"XəbərBuro" xəbər verir ki, Biləsuvar rayon Əmənkənd sakini Rauf Əliyev idarə etdiyi "Vaz-2107" markalı minik avtomobili ilə kənd ərazisində hərəkətdə olarkən həmkəndlisi, 1996-cı il təvəllüdlü Ələkbərova Nuridə Sakit qızını vurub.

Biləsuvar rayon xəstəxanasına çatdırılan piyada ağır bədən xəsarətləri alıb, həkim nəzarətindədir.