Biləsuvarda ev yanıb

Fəxriyyə Qüdrətli 13/06/2020

Biləsuvar rayonunun Bağbanlar kəndində ümumi sahəsi 120 m² olan birmərtəbəli evin yanar konstruksiyaları 20 m² sahədə yanıb.

"Xəbərburo" xəbər verir ki, bu barədə "Qafqazinfo"ya FHN-dən məlumat verilib.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.