Bıçaqla adam yaralayan şəxs saxlanılıb

Məmmədzadə Zərintac 21/07/2020

Saatlı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində  15 iyulda şəhər sakini M.İbrahimova bıçaqla xəsarət yetirib və qaçan R.Şıxəliyev saxlanılıb. 

“Xəbərburo" xəbər verir ki, araşdırmalara əsasən onun Cinayət Məcəlləsinin 306-cı maddəsi (Məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməmə) ilə axtarışda olması da müəyyənləşib.