Bezosun sərvəti tarixi rekordunu təzələdi

Leyla Aliyeva 09/07/2020

"Xəbərburo" bildirir ki, "Forbes" jurnalının verdiyi məlumata görə Amazon şirkətinin yaradıcısı və rəhbəri Ceff Bezosun sərvəti 182,6 milyarda çatıb. Buna səbəb Amazon səhmlərinin dəyərinin davamlı artması olub. Belə ki,  bu gün şirkətin səhmlərinin qiyməti daha 2.7% artaraq rekord 3081,11 dollara çatıb. Şirkətin kapitallaşma dəyəri isə 1.54 trilyon dollara yüksəlib.

Bezos Amazon-un 11.1 faizlik payına sahibdir. O, 2017-ci ildən etibarən Forbes-in ən varlı adamları siyahısında birinci yerdə qərarlaşıb.