Bəzi rayonlar və şəhərlərarası gediş-gəliş bərpa olunur

Esed Abasli 01/05/2020

Azərbaycanda bəzi ərazilərdə rayonlar və şəhərlərarası gediş-gəliş bərpa olunur.

“XƏBƏRBURO” xəbər verir ki, Operativ Qərargahın yaydığı məlumata əsasən, bu ərazilər Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu istisna olmaqla, respublikanın digər rayon və şəhərləri, eyni zamanda Naxçıvan Muxtar Respublikasıdır. 

Qeyd edilir ki, ictimai nəqliyyatla sərnişindaşıma xidməti istisna edilir.

Sözügedən qərar 4 may 2020-ci il saat 00:00-da qüvvəyə minəcək.