Beyrutda ölənlərin sayı 150-ni keçdi

Agamaliyeva Zuleyxa 07/08/2020

Avqustun 4-də Beyrutun dəniz limanında baş vermiş partlayış nəticəsində ölənlərin sayı artır. 

"XəbərBuro" xəbər verir ki, Beyrutda azı 149 nəfər ölüb, 5 mindən çox insan yaralanıb. Daha əvvəl 145 nəfərin öldüyü bildirilirdi. Partlayış dalğası Beyrutda yüzlərlə binanı dağıdıb və ya zədələyib. Habelə 300 mindən çox insan evsiz qalıb.

Livan Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, partlayış 2 min 750 ton ammonium nitratın qaynaq işləri zamanı yanması səbəbindən baş verib. Altı il öncə gömrük xidmətinin müsadirə etdiyi ammonium nitrat limanın anbarında saxlanılırmış. Hadisə ilə əlaqədar liman administrasiyasının 16 əməkdaşı, o cümlədən direktoru saxlanılıb.

Beyrut limanında baş verən partlayış nəticəsində ölənlərin sayı 154 nəfərə çatıb. Bu barədə Livanın Səhiyyə naziri Həmid Həsən açıqlama verib. O bildirib ki, xəstəxanalara yerləşdirilən 120 nəfərin vəziyyəti ağır olaraq qalır, bu səbəbdən ölüm sayının artacağı gözlənilir.