Beynimizi inkişaf etdirməyin yolları

Röya Vahabova 16/06/2020

 Meditasiya etmək 

 Tədqiqatlar meditasiyanın konsentrasiyanı və yaddaşı yaxşılaşdırdığını, həm də beyninizin məlumatı idarə etmə mənbəyini inkişaf etdirdiyini göstərir. Sakit bir yer tapın, gözlərinizi yumun və meditasiya ilə məşğul olun.         

Düzgün qidalanmağa əhəmiyyət vermək

Beyniniz üçün xeyirli olan bir çox qida maddəsi var. Belə ki, bol-bol meyvə yemək,  həmçinin su içmək sizin üçün xeyirlidir.                        


Yeni bir bacarıq öyrənmək     

Yeni bir bacarıq öyrənmək təkcə əyləncəli və maraqlı deyil, eyni zamanda beyninizdəki əlaqələri gücləndirməyə kömək edə bilər.                                                                                         

 Musiqi dinləmək                             

Beyin gücünüzü artırmağın asan bir yolunu istəyirsiniz? Cavab bəzi musiqiləri səsləndirməkdə ola bilər. Beləki xoş melodiyaların səsləndirilməsi yaradıcı düşüncə və beyin gücünüzün artmasına kömək edə bilər.                            

 5. Yeni bir dil öyrənmək


 Yeni bir dil öyrənməkdən faydalanmaq heç vaxt gec deyil. Tədqiqatçıların fikrincə, həyatınızın istənilən vaxtında yeni bir dil öyrənicisi olmaqla    yaddaşınızı artıra və digər zehni funksiyalarınızı inkişaf etdirə bilərsiniz.         

 6. Kitab oxumaq         

  Elmi araşdırmalara görə, kitab oxumaq beyin inkişafına müsbət təsir göstərir.