"Beynəlxalq Könüllülər günü"

Esed Abasli 05/12/2022

Könüllülük insanları vahid niyyət ətrafında birləşdirən, vətəndaş, cəmiyyət və dövlətin birgə fəaliyyətinin ən uğurlu formatıdır. 

"XəbərBüro" bildirir ki, 5 dekabr - Beynəlxalq Könüllülər Günü münasibətilə mərkəzimizdə görüş keçirilib.

Görüşdə il ərzində fəaliyyətlərdə aktiv iştirak edən gənclərə təşəkkürnamə və hədiyyələr verilib. Daha sonra gənclər üçün kiçik parti təşkil olunub.

Partidə gənclər musiqilər ifa edib, doyunca əyləniblər. 

Qeyd edək ki, Beynəlxala Könüllülər Gününə həsr olunmuş görüş, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Samux nümayəndəliyinin təşkilatçılığı ilə keçirilib. 

"Beynəlxalq Könüllülər günü" "Beynəlxalq Könüllülər günü" "Beynəlxalq Könüllülər günü" "Beynəlxalq Könüllülər günü"