“Beşiktaş”dan ilk transfer

Röya Vahabova 23/06/2020

Yeni mövsüm üçün transfer fəaliyyətinə başlayan “Beşiktaş” ilk transferini bitirib.

"Xəbərburo" “Qafqazinfo”ya istinadən xəbər verir ki, İstanbul təmsilçisi “Alanyaspor”la müqaviləsi mövsümün sonunda başa çatacaq Fabris Nsakala ilə anlaşıb. 29 yaşlı sol cinah müdafiəçisi “ağ-qaralar”la 3 illik razılığa gəlib.

Konqo millisinin üzvü 2017-ci ildən “Alanyaspor”da çıxış edir. O, daha öncə “Trua” və “Anderlext” klublarında oynayıb. Nsakala bu mövsüm 29 oyunda 1 assist edib.