Bəşər Əsəd özünü pis hiss etdiyi üçün çıxışı yarımçıq qaldı

Məmmədzadə Zərintac 12/08/2020

Suriya Prezidenti Bəşər Əsəd özünü pis hiss etdiyi üçün parlamentə müraciətini yarıda qoyub. “Qafqazinfo” bildirir ki, bu barədə Suriyanın Ərəb İnformasiya Agentliyi (SANA) xəbər verib. 

"XəbərBuro" xəbər verir ki, Dövlət Agentliyinin məlumatına əsasən, Əsəd Xalq Şurasında çıxış edirmiş. Bir anda təzyiqi düşüb və nəticədə çıxışını yarımçıq saxlamağa məcbur olub

Bir neçə dəqiqə sonra Əsəd çıxışına davam edib. Hadisənin digər təfərrüatları verilmir.