Bərdədə xırdabuynuzlu heyvanları oğurlayan dəstə üzvləri ələ keçdi

Esed Abasli 15/12/2020

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində avqust və noyabr aylarında xirdabuynuzlu heyvanları oğurlayan beş nəfərdən ibarət dəstə üzvləri müəyyən edilərək saxlanılıb.

Bu barədə DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib. Bildirilib ki, bir qrup rayon sakini RPŞ-yə ərizə ilə müraciət edərək onlara məxsus xırdabuynuzlu heyvanlarının oğurlanması barədə məlumat verib. Məlumatla əlaqədar polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməllərini törətməkdə şübhəli bilinən Süleyman Şükürov, Şəmistan Hümbətzadə, Fuad İsazadə, Vüqar Vəliyev və Miri Hümbətov saxlanılıb. Araşdırmalarla onların 15 baş xırdabuynuzlu heyvanı oğurlamaqla sakinlərə 4500 manat civarında ziyan vurduğu müəyyən edilib.

Dindirilmə zamanı həmin şəxslər törətdiyi cinayət əməllərini etiraf edib. Faktla bağlı Bərdə Rayon Polis Şöbəsində cinayət işi başlanılıb. Onların digər cinayət əməllərində iştiraklarının olub-olmamasının müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.