Bərdədə kütləvi dava
12/08/2020

Bərdədə kütləvi dava baş verib.
“XəbərBuro”nun məlumatına görə, hadisə rayonun Şorəlli kəndində qeydə alınıb.
İnsident nəticəsində rayonun Böyük Göyüşlü kənd sakini Mənsur Camalov ölüb, Bağırov Rauf, Əzizov Nicat və Abbasov Adıgözəl müxtəlif dərəcəli bədən xəsarətləri ilə rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Yaralı şəxslərin vəziyyətləri ağırdır.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.