Bərdədə ev yanğını baş verib

Leyla Aliyeva 18/09/2020

Bərdə rayonunun Körpüsındıran kəndində ümumi sahəsi 110 m² olan birmərtəbəli evin dam örtüyü, tavanı 18 m² sahədə və ev əşyaları yanıb.

"XəbərBuro" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

"Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb", - məlumatda deyilir.