Bərdədə avtomobil qəzası baş verib

Məmmədzadə Zərintac 26/06/2020

Bərdədə qəza zamanı 2 nəfər xəsarət alıb.

"Xəbərburo" xəbər verir ki, hadisə rayonun Türkmən kəndində olub.

Şəhər sakini, Xaqani adlı şəxsin idarə etdiyi minik avtomobili daş hasara çırpılıb.

Qəza vaxtı sürücü və hələlik kimliyi naməlum sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri ilə rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Hər iki yaralının vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırmalar davam etdirilir.