Belarusun daha 2 şəhərində saxlanılanlar var

Röya Vahabova 10/08/2020

Belarusun Brest şəhərində prezident seçkilərinin nəticələrinə qarşı mitinqçilərin saxlanılması başlayıb. “Xəbərburo”nun məlumatına görə, bu barədə “Sputnik Belarus” xəbər verib.

Bildirilir ki, hazırda OMON-çular Maşerov prospekti ilə Sovet küçəsinin kəsişməsindədir. Onlar kütləyə daxil olur və seçmə insanları tuturlar.

Agentliyin məlumatına görə, hərəkətdə olan maşınlar siqnal verir, insanlar isə sadəcə əl çalırlar.

Qeyd edək ki, Belarusda avqustun 9-da keçirilən prezident seçkilərində səsvermə başa çatdıqdan sonra Minskdə və digər şəhərlərdə kütləvi etirazlar başlayıb. Ölkədəki icazəsiz nümayişlərdə təxminən 3 min nəfər saxlanılıb.

Belarusun Qrodno şəhərinin mərkəzi küçəsində də saxlalınanlar var.

Bu barədə “Sputnik Belarus” teleqram kanalında məlumat verib.